Eko Rent a Car vətəndaşı şantaj edib? iddia-VİDEO

Eko Rent a Car vətəndaşı şantaj edib?
[right][/right]Sosial şəbəkələrdə "Eko Rent a Car"dan şikayət paylaşılıb. Gundeminfo.az xəbər verir ki, avtomobil icarəsi ilə məşğul olan şirkətin əməkdaşları vətəndaşa hədə gələrək ondan əlavə pul tələb edib. Avtomobili icarəyə götürən şəxs Xankəndinə gedəcəyini bildirib və 3 gün üçün 150 manat ödəniş edib. Problem də bundan sonra başlayıb. Birinci gün Qubaya gedən şəxsin avtomobili Bakıya qayıdaraq Xankəndinə yollanmaq üçün hərəkətdə olarkən GPS sistem üzərindən söndürülüb. Heç bir xəbərdarlıq edilmədən hərəkətdə olan avtomobilin dayandırılması yolda təhlükəli vəziyyət yaradıb. Bundan sonra isə ondan Xankəndinən öncə Qubaya getdiyimə görə əlavə 100 manat da pul tələb olunub. Bundan sonra icarəçi məcbur qalıb 100 manatı ödəyib.

Gundeminfo.az baş verənlərin ətraflı videosunu təqdim edir:

VİDEOYA BAXMAQ ÜÇÜN BU LİNKƏ TIKLA



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
44 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...