Şahin Şıxlinskinin həbs müddəti uzadıldı

Şahin Şıxlinskinin həbs müddəti uzadıldı
Yekaterinburqun Verx-İsetski Rayon Məhkəməsi Azərbaycan diaspornun rəhbəri Şahin Şıxlinskinin həbs müddətini uzadıb.
Yeniavaz.com RBK agentliyinə istinadla xəbər verir ki, bu gün onun barəsində həbs-qətimkan tədbirinin uzadılması barədə vəsatətə baxılıb.
Məhkəmə Şahin Şıxlinskinin barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaqın vəsatətini təmin edib.
Nəticədə, Ş. Şıxlinskinin həbs müddəti dekabrın 30-dək uzadılıb.
Qeyd edək ki, Ş. Şıxlinskinin həbsi avqustun 2-də elan edilib. O, qətlə cəhddə ittiham olunur. Məhkəmənin qərarı hələ qanuni qüvvəyə minməyib.
Şahin Şıxlinskinin vəkili bildirib ki, müvəkkili özünü təqsirsiz hesab edir və həbs qərarından apellyasiya şikayəti vermək niyyətindədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
30 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...