Ən çox hansı ölkələr avtomobil istehsal edir? – Siyahı
Bu ilin ilk yarısının nəticələrinə görə, dünya üzrə avtomobil istehsalı 37,6 milyon ədədə çataraq ötən ilin eyni dövrü ilə müqayisədə 3,5% artım göstərib.
Yeniavaz.com xəbər verir ki, bu məlumat Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) hesabatında yer alıb.
Bildirilir ki, Asiya qitəsi istehsalın əsas mərkəzi olaraq qalır – 22,6 milyon avtomobil buraxılıb və bu, qlobal bazarın 60,1%-ni təşkil edir. Çin təkbaşına 12,9 milyon avtomobil istehsal edərək dünyanın ümumi payının 34,5%-ni təmin edib. Yaponiyada (3,56 milyon) və Hindistanda (2,63 milyon) artım müşahidə olunsa da, Cənubi Koreya (1,95 milyon) və Cənub-Şərqi Asiyanın bəzi ölkələrində azalma qeydə alınıb.
Avropada isə istehsal azalmaqda davam edir. Region üzrə ümumi istehsal 7,4 milyon avtomobil təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 2,6% azalma deməkdir. Avropa İttifaqında geriləmə 2,8%, Böyük Britaniyada isə 8,2% olub. Bu ilin ilk yarısında Avropa İttifaqı ölklərində 5,97 milyon, Böyük Britaniyada isə 382 min ədəd avtomobil istehsal edilib. Rusiyada istehsal 2% azalaraq 341,6 minə, Türkiyədə isə 4,1% azalaraq 455 minə düşüb.
Şimali Amerikada istehsal 4,6% azalaraq 5,67 milyon avtomobilə enib. ABŞ-də azalma daha çox hiss olunub – istehsal 6,1% aşağı düşərək 3,68 milyon ədəd olub.
Cənubi Amerikada isə əksinə, istehsalda canlanma olub – 1,03 milyon avtomobil istehsal edilib və ötən ilin eyni dövrü ilə müqayisədə 6,3% artım olub. Ümumi istehsalın böyük bir hissəsi – 902,9 mini Braziliyanın payına düşüb.
Yaxın Şərq və Afrikada isə istehsal 887,8 min avtomobil olub və illik müqayisədə 3,5% azalıb. Ən çox geriləmə İranda qeydə alınıb. İranda avtomobil istehsalı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5% azalaraq 457,6 min ədədə düşüb.
38 dəfə oxundu