Portuqaliya millisinin baş məşqçisinin evi qarət olunub

Portuqaliya millisinin baş məşqçisinin evi qarət olunub
Futbol üzrə Portuqaliya millisinin baş məşqçisi Roberto Martinesin evi qarət olunub.

"Report" "A Bola" nəşrinə istinadən xəbər verir ki, onun Kaskais qəsəbəsindəki evindən oğurluq edilib.

Həmin şəxslər mətbəxdən evə daxil olaraq bir milyon avrodan çox dəyəri olan qızıl-zinət əşyaları və bahalı saatları aparıblar.

Qeyd edək ki, Roberto Martines 2023-cü ildən Portuqaliya yığmasında işləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
60 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...