Skuter sürənlərə XƏBƏRDARLIQ – Bu halda həbs oluna BİLƏRSİZ

Skuter sürənlərə XƏBƏRDARLIQ –
Paytaxt küçələrində son vaxtlar elektrik skuterlərdən istifadə edənlərin sayı artıb. Bəzi hallarda isə bu nəqliyyat vasitələrini sərxoş halda idarə edənlərə rast gəlinir.

Maraqlıdır, belə vəziyyətlərdə qanunvericilik necə tətbiq olunur?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, skuter istifadəçiləri piyadalar kimi qəbul olunur və onlara cərimə yazmaq mümkün deyil:

“Sərxoş halda nəinki skuter sürmək, ümumiyyətlə, ictimai yerdə özünü idarə edə bilməmək qayda pozuntusu sayılır. Belə hallarda 3 gündən 15 günədək inzibati həbs cəzası tətbiq oluna bilər. Bu, həm də ictimai qınaq və kütləvi narazılıq doğuran hallarda daha ciddi qiymətləndirilir”, - deyə Aslan Əsədov bildirib.

Ekspertin sözlərinə görə, skuter istifadəçiləri fərd kimi qəbul olunduğundan, qayda pozuntusu zamanı məsuliyyət birbaşa onların öz üzərinə düşür:

“Skuter idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunmur. Bu səbəbdən cərimə və ya məsuliyyət sürücülük hüququna deyil, birbaşa şəxsin özünə tətbiq edilir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
53 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...