G7 Rusiyaya qarşı əlavə sanksiyalar hazırlayır

G7 Rusiyaya qarşı əlavə sanksiyalar hazırlayır
G7 xarici işlər nazirləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müzakirə ediblər.

Musavat.com xəbər verir ki, bu, Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində keçirilən görüşün yekunlarına dair birgə bəyanatda əksini tapıb.

Kanadanın Dövlət və Xarici İşlər və Xarici Əlaqələr Nazirliyinin yaydığı bəyanatda deyilir: “Biz davamlı sülhə nail olmaq və güclü, müstəqil, suveren və firavan Ukrayna qurmaq üçün birlikdə işləməyə davam edən öhdəliyimizi vurğuladıq, eyni zamanda, Ukraynaya etibarlı və dayanıqlı təhlükəsizlik zəmanətləri vermək üçün Birləşmiş Ştatlar ilə koordinasiyaya davam edirik.

Biz Rusiyaya əlavə iqtisadi xərclər, o cümlədən üçüncü ölkələrə qarşı tədbirləri müzakirə etdik. Biz G7-nin maliyyə nazirləri arasında Rusiyanın suveren aktivlərindən Ukraynanı dəstəkləmək üçün sonrakı istifadəyə dair davam edən müzakirələri alqışlayırıq".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
50 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...