Xaricdə distant oxuyanlara BƏD XƏBƏR – “Güzəşt gözlənilmir”
Xaricdə təhsil alanlar diplomlarını Azərbaycanda tanıdıb, təsdiq etməlidirlər. Lakin Azərbaycanda müəyyən olunmuş ölkələrin bəzi universitetlərinin diplomları tanınmır. Bunun siyahısı da tərtib olunub. Həmçinin, diplomların tanınmasını həyata keçirən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin bəzi tələbləri vardır. Onlardan biri də təhsilin distant formada olmamasıdır. Bildiyimiz kimi, dünyanın bir çox universitetində əyani, qiyabi təhsil forması ilə yanaşı distant təhsil forması da tətbiq olunur.
Bəs burada bəzi istisnalar nəzərə alına bilərmi?
Mövzuya münasibət bildirən təhsil sahəsi üzrə ekspert Elçin Əfəndi Bizim.Media-ya deyib ki, xaricdə attestatla distant formada təhsil alanların diplomlarının tanınması ilə bağlı hər hansı güzəşt olacağını düşünmürəm:
“Təhsil haqqında qanunvericilikdə təhsil formaları olaraq əyani, qiyabi və distant təhsil formaları öz əksini tapıb. Lakin məhz xaricdə qiyabi və distant təhsil alanların diplomlarının tanınması ilə bağlı müəyyən qadağalar var. Qarşıdakı dövr ərzində də xarici ölkələrdəki universitetlərdə distant təhsil alanların diplomlarının tanınması ilə bağlı hər hansı qərar verilməsini gözləmirəm”.
O, bildirib ki, bu qərarın verilməsi bəzi işbazların işinə yarayacaq:
“Çünki belə bir qərar alsaq, bu daha çox bəzi işbazlara, bəzi şəxslərə imkan yaradacaq ki, onlar maksimum bu qərardan faydalanıb, distant təhsilə üstünlük versinlər. Bu da şəxsin həmin ixtisas istiqaməti ilə bağlı bilik və bacarığının formalaşmasına imkan verməyəcək. Nəticədə saxta diplomlar, keyfiyyətsiz kadr məsələsi daha ciddi problemlər yaradacaq”.
37 dəfə oxundu