VTB ölmüş erməni hərbçilərin ailələrinin kredit borcunu silməyəcək

VTB ölmüş erməni hərbçilərin ailələrinin kredit borcunu silməyəcək


"Bank VTB" aprelin əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi toqquşmalar nəticəsində həlak olmuş erməni hərbçilərin ailələrinin kredit müqavilələri üzrə öhdəliklərini ləğv etməyi planlaşdırmır. Bunu GUNDEMİNFO.AZ-a bankın mətbuat xidmətindən deyiblər.

VTB-nin baş ofisindən bildiriblər ki, belə qərar (erməni hərbçilərin ailələrinin kredit borcunun silinməsi barədə) qəbul edilməyib və planlaşdırılmır. Xatırladaq ki, Ermənistan və Rusiyanın bəzi KİV-ləri Bank VTB-yə (Ermənistan) istinad edərək bankın aprelin əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi toqquşmalar nəticəsində həlak olmuş erməni hərbçilərin ailələrinin kredit müqavilələri üzrə öhdəliklərini ləğv edəcəyi barədə məlumat yaymışdılar.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
883 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...