Cərrah Zahid Zahidovun əməliyyat görüntülərini paylaşması ilə bağlı RƏSMİ AÇIQLAMA
Avqustun 30-da Respublika Klinik Xəstəxanasının ümumi cərrahı, həmçinin “Davinci International” Hospitalın həkimi Zahid Zahidovun həssas əməliyyat görüntülərini sosial şəbəkə hesabında paylaşması ilə bağlı məlumat vermişdik.
Sözügedən məqalədə əməliyyat görüntülərinin açıq formada paylaşılmasının narahatlıq doğurduğu qeyd olunmuş, məsələ ilə bağlı Zahid Zahidovun mövqeyi də yazıda öz əksini tapmışdı.
Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə ünvanladığımız sorğu əsasında qurumdan məsələnin araşdırıldığı ilə bağlı açıqlama verilmişdi.
Araşdırmanın nəticəsi ilə bağlı Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən Bizim.Media-ya bildirildi ki, fakt araşdırılıb və məsələyə hüquqi, həmçinin etik baxımdan qiymət verilib:
“Vətəndaşların sağlamlığının qorunması haqqında” Qanunun 46-cı maddəsinə əsasən, pasiyentin şəxsi həyatına və tibbi sirrin qorunmasına təminat verilir. Əgər çəkiliş pasiyentin yazılı və ya açıq razılığı ilə aparılıbsa və şikayəti yoxdursa, bu, qanun pozuntusu sayılmır.
Qanunun 3-cü maddəsinə əsasən isə dövlətin vəzifələrindən biri əhalinin sağlamlıq mövzusunda maarifləndirilməsidir. Əməliyyat proseslərinin izahlı paylaşılması bu baxımdan ictimai maarifləndirmə kimi dəyərləndirilə bilər.
Bununla yanaşı, “Tibb işçilərinin etik davranış qaydaları”nda həkimlərin pasiyentin hüquqlarına hörmət etməsi və reklam xarakterli fəaliyyətə yol verməməsi tələb olunur. Təhlil nəticəsində Zahid Zahidovun paylaşımında şəxsi və ya klinikanın reklamı əlamətlərinə rast gəlinməyib”, - deyə bildirilib.
Qurum əlavə edib ki, pasiyent şikayət etdiyi halda və sağlamlığına zərər dəydiyi sübuta yetirilərsə, məsələ Səhiyyə Nazirliyinin müvafiq qurumları tərəfindən araşdırılır və qanunvericiliyə uyğun tədbirlər görülür:
“Əgər şikayət yalnız etik qaydaların pozulması ilə bağlıdırsa, bu halda müraciət hüquq-mühafizə orqanlarına ünvanlanmalıdır. Vətəndaşların sağlamlığına real təhlükə yaradan hallar barədə daxil olan rəsmi müraciətlər və mediada yayılan məlumatlar əsasında zərurət yaranarsa, plandankənar yoxlamalar həyata keçirilir”.
39 dəfə oxundu