Azərbaycan telekanalı ilə əməkdaşlığa görə Rusiyada “qara siyahı”ya salındı

  Azərbaycan telekanalı ilə əməkdaşlığa görə Rusiyada “qara siyahı”ya salındı
Rusiyalı jurnalist və şərqşünas Nikita Smaqin “xarici agentlər” reyestrinə daxil edilib.
Gundeminfo.az Yeniavaz.com-a istinadən xəbər verir ki, bu barədə Rusiya Ədliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, qərar onun bir sıra beynəlxalq media qurumları, o cümlədən Azərbaycanın CBC telekanalı ilə əməkdaşlığı ilə bağlı qəbul edilib.
Belə ki, rusiyalı jurnalist CBC telekanalı ilə yanaşı, Karnegi Fondu, “Meduza”, “The Insider” nəşrləri və ”Dojd” telekanalı ilə əməkdaşləq edir.
Smaqin RBK agentliyinə müsahibəsində “CBC” telekanalında həftəlik “Yaxın Şərq” adlı müəllif proqramının aparıcısı oluduğunu bildirib. Rusiyalı jurnalist həmçinin qeyd edib ki, ona “xarici agent” statusu verilməsi ilə bağlı qərar aprel ayında qəbul edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
39 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...