Böyük Britaniya sentyabrda Fələstini tanımağa hazırlaşır – “The Guardian”
Böyük Britaniya sentyabrda Fələstini rəsmən tanımaq niyyətindədir.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti adı açıqlanmayan mənbəyə istinadla məlumat yayıb.
Mənbənin sözlərinə görə, İsrail hakimiyyəti Londonun şərtlərini yerinə yetirməyə hazır olduqlarına dair əlamətlər göstərmir. Bu baxımdan Böyük Britaniyanın sentyabrda Fələstini tanıması ehtimalı yüksəkdir. Ehtimal olunur ki, bu mövqe Böyük Britaniyanın xarici işlər naziri Devid Lamminin sentyabrın 1-də İcmalar Palatasında çıxışı zamanı təsdiqlənəcək.
Digər tərəfdən, Böyük Britaniyanın Qəzza zolağının işğalı planlarına görə İsrailə qarşı sanksiyalar tətbiq edəcəyi gözlənilir. Sanksiyaların Böyük Britaniyanın bir neçə nazirliyi tərəfindən eyni vaxtda hazırlanması nəzərdə tutulur.
Qeyd edək ki, iyulun 29-da Böyük Britaniyanın Baş naziri Kir Starmerin ofisi İsrailin humanitar yardımın Qəzzaya çatmasına mane olmağa davam edəcəyi və anklavda hərbi əməliyyatı dayandırmayacağı təqdirdə, Londonun sentyabrın 9-da BMT Baş Assambleyasının sessiyasından əvvəl Fələstin dövlətini tanıyacağını bildirmişdi.
36 dəfə oxundu