Azərbaycanlı döyüşçü Rusiyada həbs edildi - FOTO
Peşəkar azərbaycanlı döyüşçü Cəbrayıl Əliyev qızı döydüyü və öldürməklə hədələdiyi üçün Rusiya paytaxtı Moskvada dörd il bir ay müddətinə azadlıqdan məhrum edilib.
Bakupost.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Moskva Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.
"Cəbrayıl Əliyev xuliqanlıq və qızı öldürməklə hədələmək (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 213-cü maddəsinin 1-ci hissəsinin "a" bəndi və 119-cu maddəsi) ittihamı ilə məhkum edilib. Cəza - dörd il bir ay ümumi rejimli koloniyada", - deyə məlumatda bildirilib.
Həmçinin mənəvi ziyana görə zərərçəkənin xeyrinə 500 min rubl məbləğində (11 min manata yaxın) təzminat təyin edilib.
Müəyyən edilib ki, Cəbrayıl Əliyev ötən il iyulun 27-də Bersenevskaya sahilindəki binanın 4-5-ci mərtəbələri arasında pilləkəndə heç bir səbəb olmadan qızı itələyib və qız divara çırpılıb. Daha sonra qızı döyüb və öldürməklə hədələyib.
Açıq mənbələrin verdiyi məlumata görə, Cəbrayıl Əliyev peşəkar idmançıdır, MMA döyüşçüsüdür, yumruq döyüşləri üzrə ixtisaslaşmış "Hardcore Fighting" təşkilatının turnirlərində iştirak edib.
39 dəfə oxundu