Türkiyəli iş adamı Naxçıvandakı 21 illik tikinti şirkətini satdı

“Naxçıvan Kərpic” MMC “Bizim Qida” MMC-yə qoşulub.
İqtisadiyyat.az xəbər verir ki, buna görə də “Bizim Qida” şirkəti yenidən təşkil olunur.

“Bizim Qida” qoşulmadan sonra “Naxçıvan Kərpic”in bütün hüquq və öhdəlikləri üzrə hüquq varisidir.

Qeyd edək ki, “Naxçıvan Kərpic” MMC 2004-cü ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Türkiyənin İğdır bölgəsinin tanınmış iş adamlarından olan Mehmet Sürkit Hasan oğludur.

Muxtar respublikada yerli ərzaq məhsullarının satışı ilə məşğul olan “Bizim Qida” şirkəti isə 2011-ci ildə dövlət qeydiyyatına alınıb, qanuni təmsilçisi Əliyev Vaqif Əli oğludur. Hər iki şirkət Babək rayonunun, Qoşadizə kəndində yerləşir.

Xatırladaq ki, daha əvvəl isə Mehmet Sürkitin oğlu Aziz Hasan Surkit Naxçıvanda yanacaq sənayesinin lideri olan “NP Petrol” MMC-nin qanuni təmsilçiliyindən çıxarılıb. Əvvəllər “Nəxşicahan Holdinq LTD” Şirkətlər Qrupunun tərkibində fəaliyyət göstərən bəzi kommersiya qurumları son illər “Sürkit Grup”un idarəçiliyinə verilmişdi.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
51 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...