Ermənistandan Azərbaycana keçən şəxs saxlanıldı – FOTO

Ermənistandan Azərbaycana keçən şəxs saxlanıldı –
Sentyabr ayının 1-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində Ermənistandan Azərbaycan Respublikası istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar edilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə DSX-nin Mətbuat Mərkəzi məlumat yayıb.
Bildirilib ki, çətin relyefə malik olan, dağlıq və sıx meşəlik ərazidə həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində dövlət sərhədini pozmuş İraq Respublikası vətəndaşı – 2002-ci il təvəllüdlü Ali Emad Attallah Badravi saxlanılıb.
“Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir”, - məlumatda deyilir.


Ermənistandan Azərbaycana keçən şəxs saxlanıldı –
Ermənistandan Azərbaycana keçən şəxs saxlanıldı –



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
45 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...