Həştərxandan Azərbaycana dəstək

Həştərxandan Azərbaycana dəstək


Həştərxan vilayətində yaşayan azərbaycanlılar ölkənin ərazi bütövlüyünü bərpa etmək üçün görülən tədbirləri dəstəkləyir

Rusiyanın Həştərxan vilayətində yaşayan azərbaycanlılar Azərbaycan ordusunun ölkənin ərazi bütövlüyü uğrunda atdığı addımları dəstəkləyirlər. Bu barədə Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan bölməsinin sədri Ədalət Hüseynov məlumat verib.

Ə.Hüseynov qeyd edib ki, “Rusiyada yaşayan azərbaycanlılar Azərbaycan Silahlı Qüvvələrinin və Ali Baş Komandan İlham Əliyevin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda fəaliyyətini dəstəkləyir. Vətənimizin düşməndən azad olunmasında iştirak etmək və Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında sıx birləşməyi öz borcumuz bilirik.

Vətəndən uzaqda yaşamağımıza baxmayaraq Diaspora Ali Baş Komandanı dəstəkləyir və daim cənab prezidentin yanındadır.”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
868 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...