Tərtərdə bu günə qədər olan itkilər və ziyanla bağlı hesabat - FOTOLAR
Aprelin 6-da Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov Qapanlı kəndində olmuş, sakinlərlə görüşüb onların vəziyyəti ilə tanış olmuş, qəzalı vəziyyətə düşmüş evlərdə olmuşdur. Kəndə qəzalı vəziyyətə düşmüş işıq, qaz, su təsərrüfatının bərpa işləri ilə tanış olmuş, aidiyyəti tapşırıqlarını vermişdir.
02.04.2016-cı il və 05.04.2016-cı il tarixlərdə Tərtər rayonu istiqamətində erməni silahlı qüvvələrinin atdığı mərmi və atəş nəticəsində ölən və yaralanan şəxslər və dəymiş ziyan barədə məlumat
Həlak olan şəxslər
1. Mülki vətəndaş Rəhimov Orxan Valeri oğlu 2. Mülki vətəndaş Əsədov Fərman Elçin oğlu, 3. Mülki vətəndaş Həsənova Turanə Kamandar qızı
Yaralananlar
1. Mülki Əliyev Sadiq Natiq oğlu, 2. Mülki Vəliyev Zahid Vəli oğlu, 3. Mülki Vəlizadə Sənan Samid oğlu, 4. Mülki Rəhimov Cəlal Saday oğlu, 5. Mülki Əliyeva Mehbarə Nəbi qızı, 6. Mülki-Ağayeva Kəmalə Əjdər
Dəymiş ziyan-iklin məlumat (dəqiqləşdirmə aparılır)
22 ev tamami ilə dağılmış, 115 evin dam örtüyünə, qapı-pəncərə bloklarına və pəncərə şüşələrinə ziyan dəymiş, 25 evin divarında çatlar əmələ gəlmişdir. 20-dən çox yardımçı tikili yararsız vəziyyət düşmüşdür. 1 məktəb binasına, 1 tibb məntəqəsinə ziyan dəymişdir, qaz, işıq, su təsərrüfatına ciddi ziyan dəymişdir. Sakinlərə məxsus təsərrüfarlarda olan inək, qoyun, at, toyuq-cücə tələf olmuşdur.
1346 dəfə oxundu