Mədət Quliyev Elnur Məmmədliyə vəzifə verdi

 Mədət Quliyev Elnur Məmmədliyə vəzifə verdi


Cüdo üzrə Pekin Olimpiadasının qızıl mükafatçısı, olimpiya çempionu Elnur Məmmədli DYP-dəki işindən ayrılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov AzVision.az-a açıqlamasında bunu təsdiqləyib. Şöbə rəisi bildirib ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsində hərəkətin təşkili şöbəsinin baş inspektoru vəzifəsini tutan Elnur Məmmədli başqa bir işə keçdiyi üçün işindən ayrılıb. Digər məlumata görə, E.Məmmədli Dövlət Təhlükəsizlik Xidmətində mühüm vəzifəyə təyin olunub. Qeyd edək ki, Elnur Məmmədli Polis Akademiyasını bitirib və DYP-də işləyərkən polis kapitanı rütbəsini daşıyıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
934 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...