Mədəniyyət Nazirliyi iş icra olunduqdan sonra müqavilə imzalayıb

Mədəniyyət Nazirliyi iş icra olunduqdan sonra müqavilə imzalayıb
Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC İmir Məmmədov (VÖEN – 1602646732) ilə satınalma müqaviləsi imzalayıb.

Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.

Müqavilənin şərtlərinə görə, İmir Məmmədov nazirliyin sifarişi əsasında Mir Cəlal Paşayevin “Bir gəncin manifesti” əsərini gürcü dilinə tərcümə edəcək və qarşılığında 3 min manat alacaq.

Qeyd edək ki, açıqlanan rəsmi məlumatda satınalma müqaviləsində nəzərdə tutulan işlərin iki ay ərzində icra olunacağı bildirilir. Tərcümə xidmətinin icrasına bu ilin 3 sentyabr tarixində başlanılacaq və 3 oktaybr tarixində başa çatdırılacaq.
Onu da qeyd edək ki, bu ilin may ayının 31-də dövlət xəbər agentliyində – “Azertag”da yer alan xəbərdə Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin gürcü dilinə tərcümə edilən “Bir gəncin manifesti” əsərinin təqdimatının olduğu bildirilib. Xəbərdə qeyd olunub ki, mayın 31-də Tbilisidəki “Expo Georgia” sərgi mərkəzində keçirilən XXVII Beynəlxalq Kitab Festivalı çərçivəsində görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin gürcü dilinə tərcümə edilmiş “Bir gəncin manifesti” əsərinin təqdimatı olub. Xəbərdə kitabın gürcü dilinə tərcüməçisinin professor İmir Məmmədli olduğu da qeyd edilib.

Açıqlanan məlumatlardan belə görünür ki, Mədəniyyət Nazirliyi iş icra olunub başa çatdıqdan sonra satınalma müqaviləsi imzalayıb.


Mədəniyyət Nazirliyi iş icra olunduqdan sonra müqavilə imzalayıb
Mədəniyyət Nazirliyi iş icra olunduqdan sonra müqavilə imzalayıb



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
40 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...