“iPhone 17”nin qiyməti bəlli oldu – “Pro” bahalaşır
“Apple”ın sentyabr ayının 9-da təqdim edəcəyi “iPhone 17” smartfonlarının satış qiyməti məlum olub.
Yeniavaz.com “JP Morgan Chase”ə istinadən xəbər verir ki, “iPhone 17 Pro” modelində şərti artım olacaq.
Belə ki, “Apple” uzun illərdir “Pro” versiyalarını 999 dollardan satışa çıxarırdı, lakin bu dəfə şirkət ənənəni pozaraq 128 GB yaddaşdan imtina edir və minimal yaddaşı 256 GB-a qaldırır. Nəticədə, “iPhone 17 Pro”nun qiyməti 100 dollar artaraq 1099 dollar təşkil edəcək. Əlavə yaddaş nəzərə alındıqda isə qiymət, ötən ilin “Pro” modeli ilə eyni səviyyədə qalır.
Bundan başqa, yeni seriyada “iPhone 17”nin qiyməti əvvəlki kimi 799 dollar olacaq, “iPhone 17 Pro Max” isə 1199 dollara satılacaq. Ən böyük yenilik isə “iPhone 17 Air”dir. Bu model texniki cəhətdən “Plus” versiyasını əvəz edəcək, lakin fərqli forma və dizayna görə 899–949 dollar arası qiymətləndiriləcək. “Apple” həmçinin elan edib ki, flaqman smartfonların təqdimatı sentyabrın 9-da baş tutacaq və həmin gün şirkət yeni “Watch Serie”s ağıllı saatını və “AirPods Pro 32” qulaqlıqlarını da təqdim edəcək.
40 dəfə oxundu