Tərtərdə Tur-aksiya keçirilib - FOTOLAR
Maarifləndirici tur-aksiyada iştirak edən məktəblilər səyahətlərini uğurla başa vuraraq geri döndülər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən reallaşdırılan “Ölkəmizi tanıyaq” layihəsinin növbəti mərhələsində iştirak edən məktəblilər səyahətlərini uğurla başa vuraraq geri döndülər. Tur-aksiyada iştirak edən Tərtər rayonunun IX-XI sinif şagirdləri və onların müəllimləri martın 27-də Lənkəran şəhərindəki Bayraq Meydanından yaşadıqları yaşayış məntəqələrinə yola düşüblər.
Məktəbliləri Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyət nümayəndələri yola salıblar.
Aksiyada iştirak edən 40 nəfər ümumtəhsil məktəblərinin şagirdləri və onların müəllimləri dörd gün ərzində cənub bölgəsinə səyahət zamanı şəhər və rayonların tarixini, mədəniyyətini, əhalinin həyat tərzini və məişətini əks etdirən abidələr, muzeylər, turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələrlə yaxından tanış olublar.
Səyahətdən gələn məktəbliləri Heydər Əliyev Mərkəzində doğmaları ilə birgə rayon icra hakimiyyətinin, təhsil şöbəsinin, rayon ictimaiyyətinin nümayəndələri qarşılayıblar. Qrupun rəhbəri Elvin Umudov və məktəblilər tur-aksiyanın təşkilinə görə respublika Prezidentinə minnətdarlıqlarını bildirmişlər. Qeyd olunub ki, məktəblilərin regionlara səfəri onların ölkəmizi daha yaxından tanınmasına şərait yaradır.
879 dəfə oxundu