Çindən 2 qəpiyə gətirilən tibbi maska apteklərdə 20 qəpiyə satılır

Çindən 2 qəpiyə gətirilən tibbi maska apteklərdə 20 qəpiyə satılır
Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycana Çindən 525 min ədəd tibbi maska gətirilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, idxal olunan tibbi maskanın bir ədədinin orta gömrük dəyəri 1,2 sent və ya mövcud məzənnə ilə 2,1 qəpik olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə Azərbaycana 116 min maska idxal edilib və bir ədədinin orta gömrük dəyəri 2,6 sent (4,4 qəpik) olub.
Məlumat üçün onu da bildirək ki, açıqlanan rəsmi məlumatlarda apteklərdə satılan tibbi maskanın bir ədədinin orta satış qiymətinin 21 qəpik olduğu qeyd olunur.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
170 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...