Gürcüstanda azərbaycanlıların yaşadığı 15 kəndlə əlaqə kəsildi - VİDEO

Gürcüstanda azərbaycanlıların yaşadığı 15 kəndlə əlaqə kəsildi -
Güclü yağış Gürcüstanda azərbaycanlıların kompakt yaşadığı Marneuli, Bolnisi, Dmanisi və Tetriskaro rayonlarında ciddi fəsadlara səbəb olub.

Gundeminfo.az APA-ya istinadən xəbər verir ki, Xram və Debet çaylarının daşması nəticəsində 15 kəndlə əlaqə kəsilib.

Kvemo-Kartli qubernatoru Giorgi Doxturişvili gecə saatlarından etibarən əhalinin təxliyəsinə başlanıldığını, Marneulidə 15-dən çox ailənin təxliyə edildiyini bildirib.

Sel nəticəsində xəsarət alan olmayıb. Lakin evlərin zirzəmiləri, əkin sahələri, istixanalar, anbarlar su altında qalıb.

Xram çayının daşması nəticəsində ən çox ziyan dəyən yaşayış məntəqələrindən biri Marneuli bələdiyyəsinin Kirəc Muğanlı kəndidir. Kənd sakinlərinin sözlərinə görə, daşqına səbəb güclü yağışdan sonra su elektrik stansiyalarından birinin suyunun boşaldılmasıdır. Yerli icra hakimiyyəti orqanının nümayəndələri gecə saatlarında suyun səviyyəsi artarsa, bəndin yenidən boşaldıla, nəticədə yenidən daşqın baş verə biləcəyi barədə xəbərdarıq edib.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
326 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...