"Dövlət qurumlarının 95 əməkdaşı haker hücumlarının qurbanına çevrilib"
"2025-ci ilin I yarımilində "AzStateNet" şəbəkəsi üzrə tətbiq edilən yeni nəsil mühafizə avadanlıqları vasitəsilə 262 920 000 (64% azalma) zərərli keçid, son istifadəçilərdə quraşdırılan mərkəzi antivirus sistemi vasitəsilə 12 366 400 (5 dəfə artma) və "Sandbox" mühafizə sistemi vasitəsilə isə 61 482 (63% azalma) zərərverici tərkibli elektron sənəd blok edilərək son istifadəçilərin yoluxmasının qarşısı alınıb".
Bakupost.az xəbər ki, bu fikirləri "Dövlət qurumlarının İT rəhbərlərinin VI Zirvə Toplantısı"nda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisinin müavini Tural Məmmədov deyib.
O bildirib ki, yarım il ərzində qarşısı alınmış DDoS hücumların ümumi həcmi 300Tbps olub:
"Həcmi 1 Gbps > olan DDoS hücumların sayı 18 olub. Demək olar ki, DDoS hücumu hər gün olub.
2025-ci ilin ilk altı ayı ərzində 47 dövlət qurumunun 95 əməkdaşı kibergigiyena qaydalarına riayət etmədiyinə görə haker hücumlarının qurbanına çevrilib. Onların 16%-i admin səlahiyyətli əməkdaşlar olub".
T.Məmmədov əlavə edib ki, 2025-ci ilin ilk altı ayı ərzində 34 dövlət informasiya sistemində fərdi məlumatların əldə edilməsinə və toplanmasına imkan verən 62 boşluq tapılıb.
29 dəfə oxundu