Erkən yaşda toya icazə verən şadlıq evləri bu məbləğdə CƏRİMƏLƏNƏCƏK
"İnzibati Xətalar Məcəlləsinin 189-2-ci maddəsində yetkinlik yaşına çatmayan şəxslərin erkən evliliklə bağlı mərasimlərin keçirilməsi məsələsi nəzərdə tutulub. Burada qeyd olunur ki, ictimai iaşə obyektlərini idarə edən şəxslər tərəfindən yetkinlik yaşına çatmayanların erkən evliliklə bağlı mərasimlərinin – nişan, toy və digər tədbirlərin keçirilməsinə görə fiziki şəxslərə 1000–1500 manat, vəzifəli şəxslərə 3000–4000 manat, hüquqi şəxslərə isə 6000–9000 manat miqdarında cərimə tətbiq edilə bilər".
Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.
O bildirib ki, əgər bu əməl təkrar olunarsa, cərimə məbləğləri daha yüksək olur:
"Fiziki şəxslər üçün 2000–2500 manat, vəzifəli şəxslər üçün 5000–6000 manat, hüquqi şəxslər üçün isə 10000–13000 manat təşkil edir.
Maddədə “erkən evlilik” anlayışı da izah olunur. Burada yetkinlik yaşına çatmayan şəxslə nikah bağlanmadan, ailə qurmaq məqsədilə yaradılan ittifaq nəzərdə tutulur. Bu isə o deməkdir ki, tədbiri təşkil edənlər iştirakçıların yaşını yoxlamalıdırlar".
28 dəfə oxundu