“İlham Əliyevlə bu gün salamlaşdıq” − Putin

“İlham Əliyevlə bu gün salamlaşdıq” −
“Ölkələr arasında münasibətlərdə həmişə mövcud vəziyyətə və ya hansısa siyasi vəziyyətə görə bəzi suallar yaranır ”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Çinə səfərindən sonra keçirdiyi mətbuat konfransında bildirib.
Ölkə başçısı jurnalistlərə açıqlamasında bildirib ki, bu gün Pekində Yaponiya üzərində qələbənin və İkinci Dünya Müharibəsinin başa çatmasının 80-ci ildönümünü qeyd etmək üçün keçirilən təntənəli tədbirlər zamanı o, Azərbaycan Prezidenti İlham Əliyevlə iki-üç kəlmə danışıb:
“Bu gün prezident Əliyevlə salamlaşdıq, mən ona və xanımına salam verdim. İki-üç kəlmə danışdıq. Problemlər var, ancaq mən inanıram ki, Azərbaycanla Rusiya arasında fundamental münasibətlər və onların inkişafına qarşılıqlı maraq hər şeyi öz yerinə qoyacaq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
34 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...