Sabiq deputatın oğluna cinayət işi açıldı — “Qırmızı kitab”a düşən ağacları…
Kürdəmir rayonunun Sor-sor kəndi ərazisində, Kürdəmir–İmişli avtomobil yolunun kənarında yeni açılan heyvan bazarının inşası zamanı çoxlu sayda yulğun ağacının qırılması ilə bağlı cinayət işi başlanıb.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, sabiq deputatın oğlu, iş adamı Zöhrab Qəribovun yaratdığı “Billur” şirkətinə məxsus bazarın tikintisi zamanı 150-yə yaxın yulğun məhv edilib.
Qeyd edək ki, qanunvericiliyə əsasən, yulğun ağaclarının qırılması qadağandır. Xüsusən də yulğunun “Qırmızı Kitab”a daxil olan laksa növünün məhv edilməsi ciddi hüquqi məsuliyyət yaradır. Bu bitki quraqlıq və şoran torpaqlar üçün faydalı olmaqla yanaşı, torpağı zənginləşdirir və quşların sığınacağı rolunu oynayır. Qanunsuz qırıntıya görə fiziki, vəzifəli və hüquqi şəxslər üçün yüksək məbləğdə cərimələr tətbiq olunur. Yol və dəmir yolu zolaqlarında isə bu cərimələr daha ağırdır.
Məsələ ilə bağlı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən bildirilib ki, prokurorluğa daxil olmuş material əsasında aparılan araşdırma zamanı Sor-sor kəndində “Billur” firmasına ayrılmış torpaq sahəsində meşə fonduna daxil olmayan 143 yulğun kolunun qanunsuz kəsildiyi aşkarlanıb. Bununla dövlətə 22 min 880 manat məbləğində külli miqdarda ziyan dəydiyi müəyyən edilib.

Fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə cinayət işi başlanaraq materiallar Kürdəmir Rayon Polis Şöbəsinə göndərilib.
Sabiq deputat Fərhad Qəribovun oğlu Zöhrab Qəribovla əlaqə saxlamağa çalışsaq da mümkün olmadı.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildiririk.
30 dəfə oxundu