Bu avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmalıdır – Paytaxtın tıxac problemi
Məlum olduğu kimi, bu ilin yanvar ayının 30-da ölkə başçısı “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.
Yeniavaz.com xəbər verir ki, Sərəncamın 8.1.7.6.-cı bəndində dövlət orqanlarının (qurumlarının), təhsil və tibb müəssisələrinin, habelə digər hüquqi və fiziki şəxslərin iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili nəzərdə tutulub.
Qeyd edək ki, iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkil edilməsi 2025-2026-cı illərdə həyata keçirilməldir. Artıq 2025-ci ilin təxminən ¾-ü başa çatmaq üzrədir. “Dövlət Proqramı”nın təsdiq edilməsindən ötən 7 ay ərzində bu istiqamətdə hansı işlərin görüldüyü barədə ictimaiyyətə heç bir məlumat verilməyib.
Məlumat üçün bildirək ki, dünyanın bir çox böyük şəhərlərində iş rejiminin dəyişkən iş qrafikinə əsasən təşkili zamanı əsas diqqət yük avtomobillərinin və dövlət qurumlarının istifadəsində olan minik avtomobillərinin hərəkətinə yönəldilir.
Açıqlanan rəsmi statistika da onu göstərir ki, son illər paytaxt Bakıda sayları ən çox artan nəqliyyat vasitələri arasında yük avtomobilləri və dövlət qurumları ilə şirkətlərə məxsus minik avtomobilləri ilk sırada yer alır.
Son 4 ildə Bakıda avtomobillərin ümumi sayı 15,5% artaraq 773 min 122 ədədə çatıb. Bu dövrdə yük avtomobillərinin sayı 16,2% artaraq 69 min 446 ədəd olub. Paytaxtda şəxsi minik avtomobillərinin sayı son 4 ildə 11,6% artdığı halda, dövlət qurumları ilə şirkətlərə məxsus minik avtomobillərinin sayı 53,7% artıb. Bunlardan başqa, son 4 ildə paytaxt ərazisində yük avtomobilləri ilə hər bir kilometrə görə daşınan yüklərin həcmi 2 dəfəyə yaxın artaraq 3,6 tondan 6,9 tona yüksəlib.
Aparılan müşahidələr onu göstərir ki, son zamanlar paytaxt ərazisində şəbəkə marketlərin sayı sürətlə artır. Bu marketlərdə satılan ərzaq məhsulları əksər hallarda vahid anbarda saxlanılır və gündəlik olaraq marketlərə daşınır. Bu da hər gün paytaxt yollarında yüzlərlə yük avtomobilinin hərəkət etməsi deməkdir. Eyni zamanda, onlayn ticarətin genişlənməsi nəticəsində qeyri-ərzaq məhsullarının da sifarişçilərə çatdırılması xidmətlərində artımlar müşahidə edilir. Təsadüfi deyil ki, son 4 ildə anbar təsərrüfatı və yardımçı nəqliyyat fəaliyyəti sahəsində işləyənlərin sayı 78% artaraq 16 min 592 nəfər çatıb.
Qeyd etdiyimiz kimi, marketlərə ərzaq daşıyan və sifarişçiyə qeyri-ərzaq malları çatdıran avtomobillərin sayının sürətlə artmasına baxmayaraq, onların iş rejimini tənzimləyən heç bir qayda mövcud deyil. Bu cür avtomobilləri günün istənilən saatında paytaxt yollarında görmək mümkündür.
Yük avtomobillərinin şəhər daxilində hərəkətini nizamlamaq üçün ən sadə yol isə onların iş rejiminin tənzimlənməsidir. Məsələn, iri supermarketlərə ərzaq gətirən maşınlar səhər erkən, insanların işə çıxmadığı saatlarda – 05:00-07:00 arası hərəkət edə bilər. İstisna olaraq çörək kimi bəzi ərzaq məhsullarını daşıyan avtomobillərin hərəkətinə günün digər saatlarında da icazə vermək olar. Onlayn ticarət zamanı sifariş edilən qeyri-ərzaq mallarını daşıyan avtomobillərə isə yollarda sıxlığın az olduğu saatlarda – 12:00-16:00 arası icazə vermək olar. İnsanların işə, məktəbə gedib gəldiyi saatlarda – səhərlər 08:00-10:00 arası, axşamlar isə 17:00-20:00 arasında isə bu cür yük avtomobillərinin hərəkəti tam şəkildə dayandırılmalıdr.
Qeyd edək ki, hazırda dünyanın bir çox böyük şəhərlərində yük avtomobillərinin hərəkəti vaxt və məkanla məhdudlaşdırılır. Məsələn, Tokioda supermarketlərə və dükanlara yük çatdırmaq üçün xüsusi saatlar təyin olunub. Nyu-Yorkda pik saatlarda (07:00-10:00 və 16:00-20:00) yük maşınlarının müəyyən küçələrə girişinə məhdudiyyət qoyulur.
Eyni zamanda, dövlət qurumlarında və şirkətlərdə çalışan şəxslərin minik avtomobillərindən istifadəsi azaldılmalıdır. Dövlət qurumları işçilərini ictimai nəqliyyatdan istifadəyə təşviq etməlidir. İctimai nəqliyyatdan güzəştli şərtlərlə istifadə edən qurumların əhatə dairəsi genişləndirilməlidir.
28 dəfə oxundu