“Büdcədən ayrılan pulları, texnikanı PKK-ya veriblər”

“Büdcədən ayrılan pulları, texnikanı PKK-ya veriblər”


“Mən hüququ tanımıram, Türkiyə məhkəmələrini tanımıram, kimsə məni ifadə verməyə apara bilməz” desən aparıb ifadəni alarlar”. Modern.az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Xalqların Demokratik Partiyasından (HDP) seçilən millət vəkillərinin həbsindən danışan nazir bütün günahları bir başa deputatlarda bilib: “Toxunulmazlıqlarının ləğvindən sonra bəzi millət vəkilləri məhkəmələrə dəvət edilib. HDP-çi deputatlar isə dəvətləri rədd ediblər. Hər kəs məhkəmə qarşısında ifadə verməli, məhkəmə qərarına hörmətlə yanaşmalıdır”.

Mövlud Çavuşoğlu saxlanılan deputatlardan bəzilərini PKK terror təşkilatına silah verməkdə ittiham edib: “HDP-ni təmsil edən bələdiyyə sədrləri dövlət büdcəsindən ayrılan pulları PKK-ya verir. Əhaliyə xidmət üçün nəzərdə tutulan və alınan texnikadan PKK-nın bomba yerləşdirməsi, mina basdırması, xəndək qazması üçün istifadə edilir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
946 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...