Dəmirtaş Ədirnədə həbsxanaya yerləşdirilib

Dəmirtaş Ədirnədə həbsxanaya yerləşdirilib


Türkiyədə Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş Ədirnə şəhər həbsxanasına yerləşdirilib. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, terror istintaqı çərçivəsində həbs olunan S.Dəmirtaş İstanbula, sonra helikopterlə Ədirnəyə gətirilib.

S.Dəmirtaş həbsxanaya yerləşdirilməsi zamanı gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb. Qeyd edək ki, noyabrın 4-də Türkiyədə terrorla bağlı aparılan istintaq çərçivəsində Xalqların Demokratik Partiyasının (HDP) həmsədri Səlahəddin Dəmirtaş haqqında həbs qətimkan tədbiri seçilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1083 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...