Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti qeyri-müəyyən müddətə təxirə salınıb

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının sammiti qeyri-müəyyən müddətə təxirə salınıb


Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının bu ilin sonlarında Qırğız Respublikasının paytaxtı Bişkekdə keçirilməsi planlaşdırılan VI sammiti qeyri-müəyyən müddətə təxirə salınıb.

"Report" xəbər verir ki, bu barədə Qırğız Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb. XİN sammitin yeni tarixinin təşkilata üzv ölkələrlə razılaşdırılacağını da bildirib. Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında Azərbaycan, Qazaxıstan, Qırğız Respublikası və Türkiyə təmsil olunur. Şuranın V sammiti 2015-ci ilin sentyabrında Qazaxıstan paytaxtı Astanada keçirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1031 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...