Minskdə MDB ölkələri hökumət başçılarının iclası keçirilir

Minskdə MDB ölkələri hökumət başçılarının iclası keçirilir

Belarus paytaxtında MDB-yə üzv ölkələrin hökumət başçılarının iclası keçirilir.

RİA Novosti-nin verdiyi xəbərə görə, məhdud tərkibli toplantıya Belarus, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Ermənistanın baş nazirləri, Özbəkistan və Moldova baş nazirlərinin müavinləri, MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev qatılıb. Azərbaycanı baş nazirin müavini Yaqub Eyyubov təmsil edir. Rusiyanın baş naziri Dmitri Medvedev də Belarusda səfərdədir, lakin prezident Aleksandr Lukaşenko ilə görüşdə olduğundan, onu müavini İqor Şuvalov əvəzləyib.

Belarusun baş naziri Andrey Kobyanov çıxışında bildirib ki, iclasda MDB ölkələri dövlət başçılarının bu yaxınlarda Bişkekdə keçirilmiş görüşünün nəticələri əsasında hazırlanmış sənədlərə baxılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
781 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...