Dağlıq Qarabağ Türkiyə və Azərbaycanın qanayan yarasıdır - Səfir

Dağlıq Qarabağ Türkiyə və Azərbaycanın qanayan yarasıdır -


Dağlıq Qarabağ münaqişəsi Türkiyə və Azərbaycanın qanayan yarasıdır. Bunu Trend-ə eksklüziv müsahibəsində Türkiyənin Azərbaycana yeni təyin edilmiş səfiri Erkan Özoral deyib. Səfir qeyd edib ki, Dağlıq Qarabağ problemi artıq öz ədalətli həllını tapmalıdır.

Diplomat bildirib ki, uzun illərdir ATƏT-in Minsk qrupu çərçivəsində problemin həlli və münaqişənin nizamlanması istiqamətində addımlar atmağa səy göstərilir: “Lakin çox təəssüf ki, Türkiyənin də dəstəklədiyi danışıqlar prosesi bu günə qədər müsbət nəticə verməyib. Ümid edirik ki, bu müzakirələr artıq konstruktiv keyfiyyət qazanacaq və məsələnin həlli istiqamətində konkret addımlar atılacaq”.

Onun sözlərinə görə, Türkiyə Qafqazın sülh və əmin-amanlıq bölgəsi olmasını istəyir: “Türkiyə olaraq bölgəmizdə və xüsusilə də qonşu ölkələrdə yaşanan münaqişə və problemlərdən kifayət qədər əziyyət çəkirik. Bu kontekstdə Qafqaz bölgəsinin bir “sülh adası” kimi bütün dünyaya nümunə olmasını istəyirik”.

E.Özoral diqqətə çatdırıb ki, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın suverenliyi, ərazi bütövlüyü prinsipi çərçivəsində, davamlı və ədalətli şəkildə həll olunmalıdır: “Türkiyə bu prinsiplər çərçivəsinlə Azərbaycanın qəbul edəcəyi istənilən həll yolunu hər zaman dəstəkləyib və dəstəkləməyə davam edəcək. Sülhün əldə olunması üçün hər cür dəstək verməyə hazırıq. Problemin həlli gecikdikcə Azərbaycanın məruz qaldığı böyük haqsızlıq daha da artır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
790 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...