AŞ PA Azərbaycanda referendum barədə yekun hesabatı 1-2 aydan sonra təqdim edəcək

AŞ PA Azərbaycanda referendum barədə yekun hesabatı 1-2 aydan sonra təqdim edəcək


AŞPA Azərbaycanda referendumun gedişatı barədə müşahidə haqqında yekun hesabatı 1-2 aydan sonra təqdim edəcək. Trend-in məlumatına görə, bunu jurnalistlərə AŞPA-nın müşahidəçilərdən ibarət nümayəndə heyətinin başçısı Aleksandr Nikolski deyib.

Onun sözlərinə görə, AŞPA-nın müşahidə missiyası 7 nəfərdən ibarətdir: "Müşahidələrin ilkin nəticələrini sabah saat 10:45-də keçiriləcək mətbuat konfransında açıqlayacağıq. Yekun hesabat 1-2 ay ərzində hazırlanacaq".

Qeyd edək ki, Azərbaycanda ölkə Konstitusiyasında dəyişikliklər edilməsi məqsədilə ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum saat 08:00-da başlayıb və səsvermə saat 19:00-da başa çatacaq.

Referendumu izləmək üçün 117 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında akkreditasiyadan keçib. Onlar təxminən 35 ölkənin, Avropa Şurası Parlament Assambleyası da daxil olmaqla, müxtəlif beynəlxalq təşkilatların nümayəndələri, parlamentarilərdir. Ümumilikdə müşahidəçilərin sayı 53 minə yaxındır.

Seçki məntəqələrində proseslərin bütünlüklə izlənilməsi məqsədilə bütün ölkə coğrafiyasını əhatə edən 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində (təqribən 20%) veb-kamera quraşdırılıb. Seçkilərdə 5600-dən artıq seçki məntəqəsi var. Hər seçki məntəqəsinə 10-a yaxın müşahidəçi düşür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
825 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...