“Səsvermə çox yaxşı təşkil edilib” - ATƏT PA-nın məruzəçisi

“Səsvermə çox yaxşı təşkil edilib” -


“Azərbaycanda referendumla bağlı səsvermə çox yaxşı təşkil edilib”.

APA- nın məlumatına görə, bu sözləri Kipr Parlamentinin deputatı, ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin məruzəçisi Haciyanni Kiriakos deyib.

Onun sözlərinə görə, təşkilatçılar səsvermə ilə bağlı mümkün qədər məlumat verməyə çalışırlar: "Seçki məntəqələrində müxtəlif təşviqat materialları yerləşdirilib. Məntəqələr açılandan bəri 4 seçki məntəqəsində olmuşam. Proseduralar dəqiq həyata keçirilir".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
715 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...