Sabah səhər Azərbaycanda referendumla bağlı təşviqat işi başa çatır

Sabah səhər Azərbaycanda referendumla bağlı təşviqat işi başa çatır

Sabah Konstitusiyaya dəyişikliklər edilməsi məqsədilə sentyabrın 26-na təyin edilmiş ümumxalq səsverməsi (referendum) ilə əlaqədar təşviqatın aparılması üçün ayrılan müddət başa çatır. Seçki Məcəlləsinə əsasən, referendum üzrə qeydə alınmış təşviqat qrupları tərəfindən təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanmalı, səsvermənin başlanmasına 24 saat qalanadək proses dayandırılmalıdır.

Sentyabrın 26-na təyin edilmiş referendumla əlaqədar referendumqabağı təşviqata sentyabrın 3-də başlanıb. Təşviqat sentyabrın 25-də, saat 08.00-da dayandırılacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
773 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...