Rafael Harpaz: “Azərbaycanla siyasi münasibətlərimizdə ciddi irəliləyiş var”
“Azərbaycanla İsrail arasında siyasi münasibətlər unikaldır”.
APA-nın məlumatına görə, bu sözləri İsrail Xarici İşlər Nazirliyinin Avrasiya departamentinin rəhbəri, İsrailin Azərbaycandakı keçmiş səfiri Rafael Harpaz deyib. O, iki ölkə liderlərinin çox yaxın münasibətlərə malik olduğunu bildirib: “Son üç ilə baxdıqda, biz siyasi münasibətlərimizdə ciddi irəliləyiş görürük. Hər iki ölkə çətinliklərlə qarşı-qarşıyadır və bir-birini yaxşı anlayır”.
XİN nümayəndəsi iqtisadi münasibətlər üçün imkanların geniş olduğunu söyləyib: “İsrail iqtisadiyyatı çox güclüdür. Bizim startaplarımız dünyada məşhurdur. Bir çox şirkətlər Qafqaz və Avrasiyada yeni bazar axtarışındadır. İsrail enerjinin böyük bir hissəsini Azərbaycandan alır. İndi biz qaz yataqları aşkar etmişik. Biz onu hələ ixrac etmirik. Biz bu sahədə sizin təcrübənizə yiyələnmək istəyirik”.
Keçmiş səfir Azərbaycanın tolerantlıq modeli olduğunu vurğulayıb: “Biz bunu yüksək qiymətləndiririk. Dünyanın elə yerləri var ki, sən orada yəhudi olduğunu bildirsən, həbs oluna bilərsən. Lakin Quba və ya Gəncəyə getdikdə, orada yəhudilərin necə yaşadığını görürsən. Bu, bir modeldir”.
797 dəfə oxundu