Mişel Forst İlham Əliyevə təşəkkür etdi
Ölkəmizdə səfərdə olan BMT-nin xüsusi məruzəçisi Mişel Forst Azərbaycan rəhbərliyinə təşəkkür edib. AzVision.az xəbər verir ki, BMT rəsmisi bu barədə bu gün Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycanda insan hüquqlarına dair aparılan araşdırmanın nəticələrini açıqlayarkən bildirib. M.Forst əməkdaşlığa görə Azərbaycan rəhbərliyinə öz təşəkkürünü bildirib, çıxışında vəkillər, hüquqşünaslar, hüquq müdafiəçiləri, jurnalistlər və siyasi fəallarla görüşdüyünü deyib.
“Azərbaycan hökumətinə əməkdaşlıq üçün təşəkkür edirəm. Prezident Administrasiyasında, Dövlət Təhlükəsizlik Xidmətində, Ali Məhkəmədə, Baş Prokurorluqda, Ombudsman Aaratında görüşlər keçirmişəm. Dövlətin əsas məqsədi insan hüquq və azadlıqlarını qorumaqdır”. “Hesabat hazırlanarkən yalnız QHT-lərin, müxalifətin mövqeyi dinlənilib?” sualına cavab verərkən Forst bunların ilkin qiymətləndirmə olduğunu deyib.
“Qarşıdakı ayda hökumət tərəfindən əlavə məlumatlar veriləcək. Hesabatın 2017-ci ilin martında BMT-nin İnsan Haqları Şurasında təqdimatı zamanı hökumət yenə öz məlumatlarını təqdim edə biləcək. QHT-lərin müzakirələrdə iştirak etməsi üçün Cenevrəyə gəlmək imkanı olacaq. Hesabatda sırf QHT-lərin fikirləri əks olunmur. Bura gələrkən müxtəlif tərəflərin fərqli hesabatı ilə tanış olmuşdum. Həm müxalifəti, həm hökuməti dəstəkləyən QHT-lərlə görüşdüm”,-deyə Forst vurğulayıb.
745 dəfə oxundu