“Rəy əvvəlcə Azərbaycan hökumətinə göndərilməli idi” - PA-nın şöbə müdiri

“Rəy əvvəlcə Azərbaycan hökumətinə göndərilməli idi” -


Azərbaycan Prezident Administrasiyasının Qanunvericilik və Hüquq Ekspertizası Məsələləri Şöbəsinin müdiri Şahin Əliyev Venesiya Komissiyasının Azərbaycanın Konstitusiyasında dəyişikliklər edilməsi məqsədi ilə 2016-cı il sentyabrın 26-na təyin edilmiş referendumla bağlı neqativ rəy verməsinə münasibət bildirib.

AzNews.az xəbər verir ki, Ş.Əliyev keçidiyi mətbuat konfransında bildirib ki, Azərbaycan hökuməti Venesiya Komissiyası ilə həmişə əməkdaşlıq edib.

O deyib ki, bu əməkdaşlıq qarşılıqlı hörmət əsasında qurulub: “Yadıma gəlmir ki, Venesiya Komissiya bu və ya digər məsələ ilə bağlı 3 ay müddətinə rəy versin. Yəni, bu rəy əvvəlcə Azərbaycan hökumətinə göndərilməli idi. Bu prosedur kobudcasına pozulub. Bilirsiz ki, komissiyanın rəyi AŞPA sədrinin məktubu əsasında hazırlanıb. Cəmi iki həftə müddətində baş verib”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
729 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...