"ABŞ Azərbaycana hərtərəfli geniş müzakirələrin keçirilməsini təklif edib" - Robert Sekuta

"ABŞ Azərbaycana hərtərəfli geniş müzakirələrin keçirilməsini təklif edib" -


ABŞ-ın Azərbaycanla hərbi sahədə əməkdaşlığı mövcuddur. APA-nın məlumatına görə, bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin ABŞ-ın Azərbaycan və Ermənistana müdafiə məqsədi ilə cüzi silah satması ilə bağlı açıqlamasına münasibət bildirərkən deyib.

O, həmsədrin açıqlaması ilə tanış olmadığını bildirib: “Onu deyə bilərəm ki, bizim hərbi əməkdaşlığımız Azərbaycan Silahlı Qüvvələrini NATO qüvvələrinə uyğunlaşdırmaqdan ibarətdir".

Səfir ABŞ-ın Azərbaycana iki ölkə arasında hərtərəfli geniş müzakirələrin keçirilməsini təklif etdiyini bildirib. R.Sekuta bildirib ki, buraya ticarət, iqtisadiyyat, insan haqları və digər sahələr daxildir: “Eyni zamanda ABŞ-ın ticarət nümayəndə heyəti Azərbaycana gəlib və burada iqtisadi məsələlər müzakirə edilir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
686 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...