Kərimli Milli Şuradan qovuldu

Kərimli Milli Şuradan qovuldu


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədrliyinə sabiq namizəd Sahib Kərimli Milli Şuradan uzaqlaşdırılıb. Bu barədə AzVision.az-a Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı məlumat verib. Bildirib ki, qərar Milli Şuranın Koordinasiya Mərkəzinin sonuncu iclasında qəbul olunub. G.Bayramlının sözlərinə görə, S.Kərimli keçirilən mitinqlərin əleyhinə təbliğat apardığı üçün Milli Şuradan uzaqlaşdırılıb.

S.Kərimli isə AzVision.az-a açıqlamasında Milli Şuradan çıxarılması haqda qərardan xəbərdarlıq olduğunu deyib. O, bu məsələ ilə bağlı yaxın saatlardan geniş açıqlama verəcəyini vurğulayıb. Qeyd edək ki, S.Kərimli AXCP-nin sonuncu qurultayına qədər partiyanın Rəyasət Heyətinin üzvü olub və qurultayda partiya sədrliyinə namizədliyini irəli sürüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
810 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...