Rusiya XİN Qarabağ üzrə Moskva məsləhətləşmələrini şərh etdi

Rusiya XİN Qarabağ üzrə Moskva məsləhətləşmələrini şərh etdi


ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Rusiya Xarici İşlər Nazirliyində keçirilən görüşündə Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq imkanları müzakirə edilib.

"Report" xəbər verir ki, bu barədə bu gün keçirdiyi brifinqdə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova bildirib.

O, görüşün yekunlarına dair rəsmi məlumat dərc olunduğunu xatırladıb.

Yaxın zamanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı nazirlər səviyyəsində görüşün keçirilməsi ehtimalı barədə danışan M.Zaxarova qeyd edib ki, bu barədə heç bir məlumata malik deyil. Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin iştirakı ilə Dağlıq Qarabağ münaqişəsinə dair məsləhətləşmələr Moskvada sentyabrın 8-də keçirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
775 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...