Bazarda kartof güvəsinə yoluxmuş 780 kiloqram kartof aşkarlandı
Kənd Təssərüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Samux rayonunda meyvə-tərəvəz məhsullarının satış məntəqəsində karantin tətbiq edilən zərərli orqanizm hesab edilən kartof güvəsi (Phthorimaea operculella Zell.) ilə yoluxmuş 780 kiloqram kartof məhsulu aşkar edilib.
Bu barədə virtualaz.org saytına Kənd Təsərrüfatı nazirliyindən məlumat veriblər. Xəbərdə deyilir ki, kartof güvəsinin təhlükəliliyi nəzərə alınaraq məhsul karantin tətbirləri sisteminə riayət etməklə məhv edilib. Kartof güvəsi kartofun, badımcanin, pomidorun, bibərin, tütünün və quşüzümü fəsiləsinə aid yabanı bitkilərin karantin zərərvericisidir. Anbar və digər saxlama yerlərində diapauzaya düşmədən il boyu çoxala bilir. Zərərverici yumurta, tırtıl və pup mərhələsində yoluxmuş kartof yumrularının daşınması və əkilməsi yolu ilə yayılır.
Güvə ən çox kartofa ziyan vurur. Zədələnmiş yumrular tez xarab olur, xəstəliklərə güclü yoluxur, görkəmini və əmtəəlik keyfiyyətini itirir. Tırtıllar tərəfindən zədələnmiş tütün yarpaqları siqaret hazırlanması üçün yaramır. Kütləvi çoxaldıqda sahədə və ya çardaq altında müvəqqəti saxlanılan kartof yumrularını 2-3 həftə ərzində tamamilə məhv edə bilir. Zərərverici 25-80 faiz məhsul itkisinə səbəb olur.
777 dəfə oxundu