Ermənistanla Tayvan arasında diplomatik qalmaqal
Tayvan hökuməti 78 vətəndaşın Çinə deportasiya edilməsi ilə əlaqədar Ermənistana sərt etiraz edib. AzVision.az xəbər verir ki, bu barədə Tayvanın beynəlxalq radiosu məlumat yayıb. Bildirilib ki, Ermənistan hakimiyyəti Tayvan tərəfinə bu ölkənin vətəndaşlarının saxlanılması ilə bağlı insidentin təfərrüatlarını açıqlamaqdan imtina edib. Bundan əlavə Ermənistan rəhbərliyi Moskvadakı Tayvan nümayəndəliyinin əməkdaşlarını ölkəyə buraxmayıb.
Ermənistanın bu addımı qarşı tərəfin etirazına səbəb olub. Qeyd edək ki, Ermənistanın hüquq-mühafizə orqanları kommunikasiyalar sahəsində dələduzluqda şübhəli bilinən 129 Çin vətəndaşı, o cümlədən 78 Tayvan vətəndaşını Çinə deportasiya edib. Şübhəli şəxslər avqustun 20-də yerli polisin keçirdiyi reydlər nəticəsində saxlanılıb. Axtarışlar zamanı polislər müxtəlif avadanlıq, o cümlədən çox sayda kompüter və smartfon aşkar edib. Bildirilib ki, dələduzlar özlərini hüquq-mühafizə xidmətlərinin əməkdaşları kimi təqdim edib və Çin sakinlərindən telefon zəngləri vasitəsilə pul alıblar.
Onlar ümumi dəyəri 1,2 mln. dollar olan 50 dələduzluq halında şübhəli bilinirlər.
757 dəfə oxundu