Rusiyadan şok “Fərat qalxanı” açıqlaması

Rusiyadan şok “Fərat qalxanı” açıqlaması


Rusiya Xarici İşlər Nazirliyi Türkiyənin Suriyada davam etdirdiyi “Fərat qalxanı” əməliyyatı haqda açıqlama yayıb.

Axar.az xəbər verir ki, nazirlik əməliyyatlardan narahatlıq duyduğunu bildirib:

“Türk əsgərlərinin və müxalif qüvvələrin Suriyanın daxilinə doğru irəliləməsindən böyük narahatlıq keçiririk. Türkiyənin addımları Suriyadakı hərbi və siyasi vəziyyəti daha qarışıq vəziyyətə gətirə bilər. Türkiyə Suriyadakı durumu gərginləşdirəcək addımlardan çəkinməlidir”.

Xatırladaq ki, az öncə Türkiyə rəsmiləri “Fərat qalxanı” əməliyyatı ilə bağlı rəsmi Moskvaya əvvəlcədən məlumat verildiyini açıqlamışdılar. M.Çavuşoğlu isə dünənki media açıqlamasında Rusiyanın “Fərat qalxanı” əməliyyatına quru qoşunları ilə dəstək verməsi üçün danışıqlar getdiyini vurğulamışdı.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
787 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...