“Prezidentin iş yükü çox ağırdır, ona yardımçı lazımdır” - Çingiz Qənizadə

“Prezidentin iş yükü çox ağırdır, ona yardımçı lazımdır” -


“Prezident Nazirlər Kabinetinin tərkibini, Milli Bankın, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin üzvlərini təsdiq üçün parlamentə göndərdiyi zaman deputatlar ona bilərəkdən 2 dəfə etimadsızlıq göstərsə, o zaman prezident parlamenti buraxmaq hüququndan istifadə edə biləcək”.

Bu sözləri AzNews.az-a açıqlamasında millət vəkili Çingiz Qənizadə sentyabrın 26-da keçiriləcək referendumu şərh edərkən deyib. O hesab edir ki, referumdan sonra deputatların məsuliyyəti daha da artacaq: “Bu, deputatların məsuliyyətini bir az da artıracaq. Milət vəkili üzərinə düşən vəzifəni layiqincə həyata keçirməlidir. Bundan əlavə, davranışları ilə başqalarına nümunə olmalıdır”.

Ç. Qənizadə bildirib ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi ilə bağlı təşviqat və təbliğat kampaniyası sabahdan başlayır: “Konstitusiya Məhkəməsi bu dəyişikliklərin qanunauyğunluğuna baxıb qərar qəbul edilənə kimi artıq cəmiyyətdə fikirlər vardı. Çox güman ki, bu gün də müxtəlif fikirlər mövcuddur. Diqqətlə nəzərdən keçirsək, görərik ki, təxminən 15 maddə insan hüquqları və azadlıqlarının daha da möhkəmlənməsinə xidmət edir. Adicə bir fakt deyim. 18 yaşına çatmış Azərbaycan vətəndaşı hüququn bütün sahələrinin sübyekti idi. Yəni ailə, nikah, cinayət, mülk, təsərrüfat, seçki hüququ və s. İnsanlar seçki hüququnun 50 faizindən istifadə edirdi. Yəni seçə bilirdi, seçkili orqanlara isə seçilə bilmirdi. Yaş həddi parlament seçkilərində 25, prezident seçkilərində isə 35 idi. Onun seçmək, kiməsə “hə” demək hüququ olduğu hada, niyə özünə kiminsə “hə” demək hüququndan məhrum edilməlidir? Yaş məsələsi insan hüquq və azadlıqlarının təminatıdır və ölkədə 100 minlərlə gənc bu hüquqdan bəhrələnəcək”.

Deputat qeyd edib ki, ölkədə daha çevik və operativ idarəetmə sisteminə keçilməsi üçün vitse-prezidentlik institutu təsis olunmalıdır: “Prezident hesab edir ki, bu institut yaranan halda o, bəzi hüquq və səlahiyyətlərini vitse-prezidentlərə verə bilər. Məsələn, Beynəlxalq əlaqələrlə bağlı müqavilələrin bağlanması, hansısa sahəyə nəzarət və s. Diqqətlə baxsaq, prezidentin iş yükünün nə qədər ağır olduğunu görürük. Bu gün bir rayonda açılış edirsə, o biri gün Bakıda konqresmenləri qəbul edirsə, digər bir gün isə Avropanın hansısa şəhərində beynəlxalq tədbirdə iştirak edir. Doğrudan da ölkənin çiçklənməsi üçün, siyasi-iqtisadi kursunun və ölkədaxili problemlərin həlli üçün prezident hesab edir ki, ona bir yardımçı lazımdır. O, bu hüququnu vitse-prezidentlik institunun yaradılması ilə həyata keçirmək istəyir. Biz niyə buna yox deyək?”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
795 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...