"Əli Kərimlinin xəyanətini unutmamışıq" - Elçibəyin qardaşı oğlu

"Əli Kərimlinin xəyanətini unutmamışıq" -


“Əli Kərimli deyəndə nədənsə "satqın" və "xəyanətkar" sözləri yada düşür. Diqqət versəniz görərsiniz ki, bu insan siyasi fəaliyyəti boyunca hamını öz şəxsi və siyasi maraqlarına qurban verib və hətta dostlarına belə xəyanət edib”.

Bunu cebhe.info-ya açıqlamasında Vahid Millət Dövlətçiliyə Dəstək İctimai Birliyinin sədri, Milli Azadlıq Hərəkatının mərhum lideri, eks-prezident Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyev deyib.

H.Əliyev deyib ki, “Yurd” sədrinin xəyanətləri ilə bağlı kifayət qədər faktlar var. Onun sözlərinə görə, xəyanətkar Əli Kərimli hətta Əbülfəz Elçibəyin AXCP qərargahındakı kabinetinə dinləyici qurğu yerləşdirmişdi: “Mərhum Əbülfəz Elçibəyin otağından öz otağına dinləyici qurğu aparatı birləşdirməsi faktını hamı xatırlayır. Onun Əbülfəz Elçibəy əleyhinə sifarişlə yazdırdığı əxlaqa, insanlığa sığmayan məqalələri də hamı xatırlayır. Bu çirkin kampaniyaya Elçibəy Türkiyədə ölüm yatağında olanda belə son verilmədi. Bu, adi xəyanət deyildi, Milli Azadlıq Hərəkatının və xalqın liderinə, saf və qəlbi təmiz bir insana qarşı yönəlmiş çirkin, ləyaqətsiz bir hərəkət idi. Əli Kərimli onu illərlə davam etdirdi. Bunu heç kim unutmayıb. Nə Elçibəy ailəsi, nə də elçibəyçilər”.

Hürrü Əliyev deyib ki, Əli Kərimlinin Elçibəyə xəyanəti bu gün də davam edir: “Bir neçə gün bundan öncə Elçibəyin məzarı üstündə təşkil etdiyi şou isə şərəfsizliyin ən son həddi idi. Acizliyinin son nöqtəsi olaraq, onun Elçibəyin məzarını ziyarətə gəlmiş bir qrup sadəlövh qadının tərəfindən təsəlli alacaq qədər alçalmasının şahidi olduq. Elçibəy ailəsi heç vaxt sağ ikən özünü, məzarı üstündə çirkin kampaniya apararaq ruhunu incidən Əli Kərimlinin arxasında dura, nankor ve xəyanətkar birini dəstəkləyə billməz. Bunu Əli Kərimli birdəfəlik bilməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
965 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...