Referendum Azərbaycan üçün çox yaxşı nəticələr verəcək

Referendum Azərbaycan üçün çox yaxşı nəticələr verəcək


"Bu il Azərbaycan Respublikasının Konstitusiyasına dəyişikliklərlə bağlı keçiriləcək referendum ölkəmiz üçün çox mühüm, çox lazımlı məsələdir. Bunu dərk etmək lazımdır ki, həm prezidentin səlahiyyət müddətinin uzadılması, həm vitse-prezidentlik institutunun təsis edilməsi, digər tərəfdən parlamentə seçimlərdə yaş senzinin aradan qaldırılması, insan hüquq və azadlıqları ilə bağlı dəyişikliklərin edilməsi, eləcə də digər məsələlər çox mühüm və müsbət addımlardır. Çünki bu gün həm Azərbaycan iqtisadiyyatı, həm ümumi vəziyyəti elə bir səviyyəyə gəlib çatıb ki, optimal, daha səmərəli idarəetmə vacib amillərdən birinə çevrilib"

Bunu Milli.Az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini, Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Rauf Əliyev bildirib.

Millət vəkilinin fikrincə, sentyabrda keçiriləcək ümumxalq səsverməsi ona yönəldilib ki, Azərbaycanda səmərəli idarəetmə və digər məsələlər öz həllini tapsın: "21-ci əsrdə yaşayırıq. İndi inkişaf, tərəqqi dövrüdür, ölkələr, təhsil, elm qabağa gedir. Ona görə də bu referendum bizim üçün çox vacibdir və o, Azərbaycan üçün, xalqımız üçün çox yaxşı nəticələr verəcək. Məncə, ümumxalq səsverməsinə çıxarılan Konstitusiyaya dəyişikliklər layihəsi çox mütərəqqi sənəddir və ümid edirəm ki, vətəndaşlarımız bu dəyişiklikləri dəstəkləyəcəklər".

Qeyd edək ki, sentyabrın 26-da Azərbaycanda ölkə Konstitusiyasına dəyişikliklər edilməsi ilə bağlı ümumxalq səsverməsi keçiriləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
761 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...