"Ermənistan yer üzündən silinəcək və Qarabağ qaytarılacaq" – Kremlin ideoloqu
“Əgər Ermənistan Rusiyadan üz çevirərək, Qərb üz tutacaqsa, o, Yer üzündən silinəcək”.
Hurriyyet.org xəbər verir ki, bu barədə Kremlin ideoloqu, Beynəlxalq Avrasiyaçılıq Hərəkatının lideri Aleksandr Duqin deyib.
Onun sözlərinə görə, Avrasiya İqtisadi İttifaqı Nuhun gəmisidir: “Kim bu gəmiyə minəcəksə, mövcud olmağa davam edəcək. Kim kənarda qalacaqsa, o, Yer üzündən silinəcək”.
Duqin qeyd edib ki, Rusiyanın yaratmaq istədiyi sistem Avrasiya ölkələrinin iqtisadiyyatını qlobal iqtisadi böhrandan qorumağa hesablanıb.
“Rusiya iqtisadiyyatı ilə müqayisədə Ermənistan iqtisadiyyatı əhəmiyyətsizdir. Heç bir qiymətə malik deyil və əsasən Rusiyadan asılıdır. Əgər Rusiya yaranmış çətinlikdən çıxmağı bacaracaqsa, Ermənistan da çıxacaq. Amma belə çətin vəziyyətdə Ermənistan Rusiyanı atıb Qərb tərəfə keçsə, bu, onun üçün ağır olacaq. Rusiya təkcə Qarabağ münaqişəsində Azərbaycana dəstək verməklə, Ermənistana böyük zərbə vura bilər. Ermənistan indi Rusiyadan bərk yapışmalıdır, yaranmış ağır maliyyə-iqtisadi situasiyanı sakitcə izləməlidir”, - deyə Kremlin ideoloqu vurğulayıb.
810 dəfə oxundu