Venesiya Komissiyası Azərbaycanla işləməyə hazırdır

Venesiya Komissiyası Azərbaycanla işləməyə hazırdır


Venesiya Komissiyası sentyabrın 26-da keçiriləcək referendumun predmeti olan Konstitusiyaya dəyişikliklər layihəsinə rəy üçün müraciət üzərində işləməyə hazırdır

Bu barədə APA-ya açıqlamasında Avropa Şurası Venesiya Komissiyasının xarici əlaqələr üzrə sözçüsü Tatyana Mışelova bildirib.

T. Mışelova qeyd edib ki, son illər Azərbaycanla Venesiya Komissiyası arasında çox məhdud əməkdaşlıq nəzərə çarpır: “Bu günə kimi də biz nə Azərbaycan rəsmilərindən, nə də Avropa Şurasının və digər beynəlxalq təşkilatların müvafiq orqanlarından Konstitusiyaya dəyişikliklər layihəsinə rəy verilməsi ilə bağlı sorğu almışıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
707 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...