"Referendum keçirilirsə, deməli, buna ehtiyac var"

"Referendum keçirilirsə, deməli, buna ehtiyac var"


“Azərbaycanda insan hüquq və azadlıqları elə yüksək səviyyəyə çatıb ki, artıq qanunlar deyil, Konstitusiya çərçivəsində həll olunmalıdır”.

AzVision.az-ın məlumatına görə, bu fikirləri Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən dairə seçki komissiyalarının sədrləri üçün keçirilən seminar-müşavirədə Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov deyib.

Z. Əsgərov vurğulayıb ki, bu gün dünyada heç bir dövlət deyə bilməz ki, tam hüqquqi dövlətdir: “Mərhum prezident Heydər Əliyev deyirdi ki, demokratiyanın başlanğıcı var, sonu yoxdur. Biz hüquqi dövlət quruculuğunda da ən yüksək səviyyəyə çatmaq üçün bu dəyişiklikləri həyata keçirməliyik. Xalqın iradəsinə cavab verməyən məsələləri qəbul etməməliyik. Bu referendum isə xalqın iradəsinə cavab verir və biz bunu həyata keçirməliyik. Referendumda qəbul edilən məsələlər xalqın iradəsini əks etdirən məsələlər kimi əksini tapır. Hər bir referendum aktı cəmmiyyətin siyasi, iqtisadi barometridir. Referendum keçirilirsə, deməli, buna ehtiyac var, ehtiyac varsa, inkişaf var. Biz hüquqi dödvlət quruculuğu prosesi çərçivəsində bu addımı atmalıyıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
770 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...